Şura QHT-lər üçün təlim keçirdi
Bu gün həmçinin Şirvan şəhərində Şuranın baş məsləhətçisi Amid Mirzəyev və məsləhətçi Fərid Qəhrəmanovun iştirakı ilə Şuranın 2016-cı il 1-ci maliyyə müsabiqəsi, QHT-lərin bilik və bacarıqlarının artırılması və onlara praktiki köməkliklərin göstərilməsi məqsədi ilə layihə təkliflərinin yazılması, onun idarə olunması, hesabatların elektron qəbulu prosesinə edilmiş əlavə və dəyişikliklər, eləcə də QHT-lərin illik maliyyə hesabatlarının hazırlanması mövzularında məlumatlandırma sessiyası keçirilib.
Sessiyada Şirvan şəhəri, Hacıqabul, Sabirabad və Saatlı rayonlarında fəaliyyət göstərən QHT-lərin rəhbər şəxsləri və mühasiblər iştirak edib. Keçirilən tədbirlərdə elektron hesabatlılıq, QHT-lərin layihə hazırlığı prosesində qarşılaşdığı məsələlər və digər mövzularda geniş müzakirələr aparılıb, vətəndaş cəmiyyəti institutları nümayəndələrinin sualları cavablandırılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


