Əli Kərimli müxalifəti satqın adlandırdı
Əli Kərimlinin ittihamlarına Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı cavab verib. O, qeyd edib ki, Əli Kərimlinin dedikləri müsavatçılara qarşı həqarətdir: “Müsavat ölkədə daimi struktur fəaliyyəti göstərən, hər həftə ölkəyə və təşkilata aid olan məsələləri kollegial olaraq müzakirə edən, hər üç aydan gec olmayaraq ümumrespublika miqyasında kollegial olaraq müzakirə təşkil edib qərarlar qəbul edən yeganə siyasi təşkilatdır. Müsavat Milli Şuradan niyə çıxdı? Onlar bunun səbəbini hamıdan yaxşı bilir. Sadəcə bizim müsavatçı əxlaqımıza arxayın olduqlarından bu sualı şantaj kimi təkrar- təkrar səsləndirirlər”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


