Bakıda uşaq sanatoriyasında yanğın: 24 nəfər xilas edildi

Bakıda uşaq sanatoriyasında yanğın: 24 nəfər xilas edildi
  09 Yanvar 2016    Oxunub:3295
Bakının Pirallahı rayonunda Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 225 kv.m olan ikimərtəbəli 3 saylı “Somatik” uşaq sanatoriyasının 1-ci mərtəbəsində sahəsi 40 kv.m olan otaqda 1 ədəd çarpayı və 1 ədəd yataq dəsti yanıb, yüksək temperaturdan 1 ədəd “Samsung” markalı kondisioner əriyib.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 24 nəfər (16 nəfəri uşaq olmaqla) yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Otağın qalan hissəsi və sanatoriya binası yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  



Xəbər lenti