Bakı sakini yeznəsini güllələdi

Bakı sakini yeznəsini güllələdi
  09 Yanvar 2016    Oxunub:1740
Bakıda güllələnmə hadisəsi baş verib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki tikinti materialları bazarında qeydə alınıb. Bazarda mühafizəçi işləyən 1985-ci il təvəllüdlü Elmar Canatov güllələnib. Mühafizəçi xeyli qan itirib və iş yoldaşları tərəfindən Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, Elmar Canatovun vəziyyəti ağırdır, hazırda əməliyyat olunur. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən, Binəqədi Rayon Polis İdarəsinin rəis Namiq İsmayılov gəlib.

Namiq İsmaylov bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Elmar Canatovu bacısının həyat yoldaşı güllələyib və hadisə yerindən qaçıb.
Yeznəsini güllələyən şəxs az sonra saxlanılıb. O, 1976-cı il təvəllüdlü Fasadov Mehman Əlican oğludur.


Teqlər:



Xəbər lenti