Cavid Hüseynova bəraət verilmədi

Cavid Hüseynova bəraət verilmədi
  09 Yanvar 2016    Oxunub:2031
"Qəbələ" klubunun keçmiş kapitanı Cavid Hüseynova bəraət verilməsi ilə bağlı Bakı şəhər Prokurorluğuna edilən müraciətə baxılıb.
Vəkil Adəm Məmmədovun verdiyi məlumata görə, Bakı Şəhər Prokurorluğuna təqdim edilən vəsatət təmin olunmayıb.

Qeyd edək ki, jurnalist Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə davam etdirilir.

Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata ayrılmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Cinayət işinin yaxın günlərdə məhkəməyə göndərilməsi gözlənilir.

AzVision.az


Teqlər:



Xəbər lenti