Nazir generalın oğlunu işdən çıxardı

Nazir generalın oğlunu işdən çıxardı
  09 Yanvar 2016    Oxunub:5312
Daxili işlər naziri (DİN) Ramil Usubov Suraxanı Rayon Polis İdarəsinin Yol Polis Bölməsinin rəisi, mayor Emin Məmmədovu vəzifəsindən azad edib.
AzVision.az AzNews.az-a istinadən xəbər verir ki, nazirin digər sərəncamı ilə onun yerinə mayor Sadiq Abbasov təyini olunub. Emin Məmmədovun vəzifədən azad edilməsinə səbəb kimi, onun barəsində çoxsaylı şikayətlərin olması göstərilir.

Qeyd edək ki, işdən çıxarılan rəis nazirin keçmiş müavini, general-leytenant Əsgər Ələkbərovun oğludur.

Əsgər Ələkbərov 2001-ci ildən 2014-cü ilə kimi Daxili İşlər Nazirinin müavini vəzifəsində çalışıb. Onun 5 övladı var.


Teqlər:  



Xəbər lenti