Elşad İsgəndərov Facebookda sualları cavablandıracaq
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyevin facebook səhifəsində müxtəlif sahələr üzrə məsul şəxslərin iştirakı ilə vətəndaşları maraqlandıran məsələlərlə bağlı verilən suallar cavablandırılır. Bu dəfə səhifənin qonağı Dini qurumlarla iş üzrə dövlət komitəsinin rəhbərliyidir.
Qeyd edək ki, Dini qurumlarla iş üzrə dövlət komitəsi 2001-ci ildə yaradılıb. Dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının aparılması, İcra hakimiyyəti orqanlarının dini işlərlə bağlı fəaliyyətinin əlaqələndirilməsi və bu fəaliyyətə nəzarətin həyata keçirilməsi işləri komitənin səlahiyyətlərinə daxildir.
Xahiş edirik ki, verdiyiniz suallar Dövlət Komitəsinin vəzifələrinə aid olsun. Bir daha xatırladırıq ki, mövzuya aid olmayan, təkrarlanan və kənar məsələlərə bağlı suallar silinəcəkdir. İstifadəçiləri daha məsuliyyətli olmağa çağırırıq və mövzuya aidiyyəti olan sualları ünvanlanmağı xahiş edirik. Suallar iyul ayı ərzində qəbul olunacaq və tədricən şərhlər vasitəsilə cavablandırılacaq. Eyni zamanda Komitənin diqqətini çəkən maraqlı sualların cavabı Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Elşad İsgəndərov tərəfindən verilən video intervyuda yer alacaq.