Zəlimxan Yaqub I Fəxri Xiyabanda dəfn olunacaq

Zəlimxan Yaqub I Fəxri Xiyabanda dəfn olunacaq
  10 Yanvar 2016    Oxunub:2053
Xalq şairi Zəlimxan Yaqub yanvarın 11-də Birinci Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Azərbaycanın Xalq şairi Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi.

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunda anadan olub. 2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülən Zəlimxan Yaqub Məmməd Araz ədəbi mükafatı, "Şöhrət" ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni kimi bir sıra yüksək mükafatlara layiq görülüb.

2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlar Birliyinin sədri, 1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvüdür.


Teqlər:





Xəbər lenti