Aynişan “O səs Türkiyə”ni tərk etdi

Aynişan “O səs Türkiyə”ni tərk etdi
  10 Yanvar 2016    Oxunub:4144
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva “O səs Türkiyə” yarışını tərk edib.
Bu barədə Aynişan “İnstagram” hesabında bildirib.

Aynişan Quliyeva bu yarışda iştirakını həyatında yaşadığı ən gözəl anılardan biri olduğunu qeyd edib. İfaçı həmçinin "O səs Türkiyə" yarışmasında Azərbaycanı bacardığı gədər gözəl təmsil etməyə çalışdığını və bunun üçün zəhmətini əsirgəmədiyini vurğulayıb.

“Murat Bozun Azərbaycan dilində mənimlə birgə ifasi həyatımın sonuna gədər unutmayacağım bir andır”, - deyə Aynişan yazıb.

“Mənim sevdiklərim məni dəstəkləyən bütün insanlar hər birinizə ayrı ayrılıqda çox təşəkkür edirəm! Sizin dəstəyinizə ehtiyac duyan diğər yarışmacılarımız var, gəlin onlara hər tərəfli dəstək olaq”,- deyə gənc ifaçı vurğulayıb.

Xatırladaq ki, Aynişan müsabiqədə “Gəl ey səhər” adlı Azərbaycan mahnısını oxuyub və münsiflər arasından Murad Bozu seçib. (Ans)




Teqlər:





Xəbər lenti