DİN-in cərimə sistemi çökdü

DİN-in cərimə sistemi çökdü
  11 Yanvar 2016    Oxunub:3597
Yanvarın 10-da cərimələr və cərimə balları barədə məlumatları özündə saxlayan serverdə xəta baş verib.
AzVision.az Avtosfer.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin saytında cərimə və balı yoxlamaq istədikdə nəticə əvəzinə bu xəbərdarlıq yazılır: «Profilaktik tədbirlərlə əlaqədar hal-hazırda server müvəqqəti olaraq işləmir. Xahiş edirik, bir az sonra bir daha cəhd edəsiniz" (https://azvision.az/redirect.php?url=http://mia.gov.az/?/az/driverlicense/).

Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət Ödəniş Portalından da cərimələrə baxmaq mümkün deyil: "Daxili İşlər Nazirliyi ilə informasiya mübadiləsində xəta baş vermişdir. Təşkilatın servisi qeyri-aktivdir».

Həmçinin Asan Ödəniş Portalında da cərimə balları olan bölmə işləmir: "Xəta 1100: Xəta baş verdi"


Teqlər:





Xəbər lenti