Nardaranda 60 nəfər saxlanılıb

Nardaranda 60 nəfər saxlanılıb
  11 Yanvar 2016    Oxunub:2117
Bakının Nardaran qəsəbəsində ümumilikdə 60-dan çox şəxs barəsində inzibati qaydada həbs tədbiri seçilib.
AzVision.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən xəbərə görə, hazırda inzibati qaydada həbs olunan 15 Nardaran sakini Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılır.

Məlumata görə, inzibati qaydada həbs olunan şəxslərdən 50-dən çoxu artıq azadlığa buraxılıb.

Qeyd edək ki, ötən il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib.


Teqlər:  



Xəbər lenti