Zəlimxan Yaqubla vida mərasimi keçirilir - FOTOLAR

Zəlimxan Yaqubla vida mərasimi keçirilir - FOTOLAR
  11 Yanvar 2016    Oxunub:4774
Bu gün “Təzəpir” məscidində Azərbaycanın xalq şairi, ictimai xadim Zəlimxan Yaqubla vida mərasimi başlayıb.

AzVision.az xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, dövlət rəsmiləri, mədəniyyət və elm xadimləri, tanınmış şair və yazıçılar və adi vətəndaşlar da iştirak edir.

Xalq şairi Zəlimxan Yaqub Birinci Fəxri Xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. Hər iki böyrəyi olmayan ictimai xadim son vaxtlar dializ qəbul etməklə yaşayırdı.

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunda anadan olub. 2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülən Zəlimxan Yaqub Məmməd Araz ədəbi mükafatı, "Şöhrət" ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni kimi bir sıra yüksək mükafatlara layiq görülüb.

2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlar Birliyinin sədri, 1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvi idi.

b>Şəhanə Rəhimova
Fotolar: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti