Nazir 20 Yanvar faciəsi ilə bağlı əmr verdi

Nazir 20 Yanvar faciəsi ilə bağlı əmr verdi
  11 Yanvar 2016    Oxunub:3004
20 Yanvar faciəsinin 26-cı ildönümünün təhsil müəssisələrində qeyd edilməsi barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.
AzVision.az xəbər verir ki, 20 Yanvar faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilib.

Tədbirlər planına müvafiq olaraq, ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçiriləcək.

İnformasiya şöbəsinə əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunması və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etmək tapşırılıb.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti