Ramil Usubov nazirin qohumunu işdən çıxardı

Ramil Usubov nazirin qohumunu işdən çıxardı
  11 Yanvar 2016    Oxunub:3750
Daxili işlər naziri Ramil Usubov Fövqəladə hallar naziri Kamaləddin Heydərovun rəis müavini olan qohumunu işdən çıxarıb.
AzVision.az xəbər verir ki, bu haqda AzNews.az məlumat yayıb. Xəbərə görə, nazir Nəsimi rayon Dövlət Yol Polis Şöbəsinin rəis müavini, polis mayoru Əlövsət İsmayılova ağır cəza verib. Vəzifəsindən kənarlaşdırmaqla yanaşı, onun daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı əmr imzalayıb.

Məlumata görə, Ə.İsmayılov Nəsimi rayon Dövlət Yol Polis Şöbəsinə təyin edilməmişdən əvvəl DİN-də daha yüksək vəzifə tuturmuş. Lakin o, işində yol verdiyi nöqsanlara görə postundan uzaqlaşdırılıb və cəza olaraq rəis müavini təyin edilib.

Əlövsət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovla bacanaqdır.

Xatırladaq ki, Ramil Usubov ötən həftə daha bir nazirin qohumunu vəzifədən azad etmişdi. O, müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğlu polis polkovnik-leytenantı Natiq Camalovun Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi vəzifəsindən çıxarılaraq sərəncama götürülməsi ilə bağlı əmr vermişdi.


Teqlər:





Xəbər lenti