Bir gündə 3 nəfər dəm qazından öldü

Bir gündə 3 nəfər dəm qazından öldü
  11 Yanvar 2016    Oxunub:2026
Azərbaycanda bir gündə üç nəfər dəm qazından zəhərlənərək ölüb.
AzVision.az Daxil İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Bakının Qaradağ rayonunun Buta qəsəbəsində yaşayan Elnurə Məmmədrzayeva evdə dəm qazından zəhərlənərək ölüb.

Analoji hal Kürdəmir rayonunda da baş verib. Rayon sakini Vasif Mikayıllı evlərində dəm qazından zəhələnərək dünyasını dəyişib.

Bakının Nəsimi rayonunda da dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb. Arzu Abdullayeva dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və orada ölüb. Hər üç faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti