İşdən çıxarılan 22 nəfər vəzifəsinə qaytarılıb

İşdən çıxarılan 22 nəfər vəzifəsinə qaytarılıb
  11 Yanvar 2016    Oxunub:4964
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ötən il ərzində vətəndaş müraciətləri ilə bağlı görülən tədbirlər nəticəsində 5 485 149 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.
Bu barədə AzVision.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bu məbləğin 43 faizi (2 362 875 manat) “Azərinşaatservis” ASC-nin işçilərə ödənilməsini gecikdirdiyi əmək haqlarından ibarət olub. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən müvafiq tədbirlər nəticəsində “Azərinşaatservis” ASC həmin gecikdirilmiş əmək haqqı borcunu işçilərə tam şəkildə ödəyib.
2015-ci il ərzində ödənilməsi təmin edilmiş gecikdirilmiş sosial xarakterli ödənişlərin 91,7 faizini (5 032 263 manat) əmək haqları, qalan hissəsini isə işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, zərərə görə ödənclər təşkil edib.

Bundan başqa, ötən il işdən qeyri-qanuni şəkildə azad edildiyi müəyyən olunan 22 nəfərin Xidmət tərəfindən yenidən öz əvvəlki işinə bərpa olunması da təmin edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti