`Heç kim dərsə şalvarda gəlmir` - Sumqayıtdan açıqlama

`Heç kim dərsə şalvarda gəlmir` - Sumqayıtdan açıqlama
  11 Yanvar 2016    Oxunub:3887
Sumqayıt şəhər Təhsil Şöbəsi icra başçısı Zakir Fərəcovun müəllimələrə şalvar geyinməyi qadağan etməsi ilə bağlı xəbərə aydınlıq gətirib.
Qurumdan AzVision.az-a bildiriblər ki, icra başçısı şalvarla bağlı müəllimələrə qadağa qoymayıb.
“Sumqayıt məktəblərinin hamısında istilik sistemi olduğundan heç bir müəllimə məktəbə şalvar geyinib gəlmir. Müəllimələr keçən il necə geyinirdilərsə, indi də o formada dərsə gəlirlər. Heç kim allı-güllü paltarla və ya şalvarla dərsə qatılmır”-deyə Sumqayıt şəhər Təhsil Şöbəsindən bildiriblər.

Qeyd edək ki, Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovun keçirdiyi sonuncu iclasda müəllimələrin şalvar geyinməməsi ilə bağlı tapşırıq verdiyi bildirilir.

Gültəkin Ələsgər


Teqlər:



Xəbər lenti