18 min qutu siqaret gömrükdə tutulub - FOTO

18 min qutu siqaret gömrükdə tutulub - FOTO
  11 Yanvar 2016    Oxunub:2249
Gömrükçülər qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsindən AzVision.az- a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşı Mehdiyev Mehman Hüseyn oğlunun idarə etdiyi 90 ZL 285 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi Qazax rayonu ərazisində saxlanılaraq avtomobilə baxış keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 18000 ədəd xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qalereya




Teqlər:  



Xəbər lenti