Meyiti tapılan neftçinin kimliyi məlum oldu

Meyiti tapılan neftçinin kimliyi məlum oldu
  11 Yanvar 2016    Oxunub:4155
Xəbər verildiyi kimi, Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus “Cabbar Həşimov” gəmisi kişi cəsədi aşkar edib.

Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “Caspian Rovşan” gəmisinə məlumat ötürülmüş və cəsəd gəminin göyərtəsinə qaldırılaraq Türkmənbaşı dəniz limanı istiqamətinə aparılıb.

Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin şəxsiyyəti müəyyənləşdirilib.

Fövqaladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, meyit 10-cu dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən neftçi, 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğluna məxsusdur.

AzVision.az



Teqlər:  



Xəbər lenti