Azərbaycanda sualtı gəmi inşa olunur

Azərbaycanda sualtı gəmi inşa olunur
  11 Yanvar 2016    Oxunub:2903
Azərbaycan İnvestisiya Şirkətinin əsas səhmdarlarından olduğu Bakı Gəmiqayırma Zavodunda 2015-ci ildə iki üzən qurğunun və 3 blok körpüsünün tikintisi başa çatdırılıb.
Bu barədə AzVision.az - a İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hazırda zavodda BP şirkətinin sifarişi ilə dəyəri 378 mln. ABŞ dolları olan “Xankəndi” sualtı tikinti gəmisinin inşası aparılır. Gəminin tikintisinin 2017-ci ilin aprel ayınadək tam başa çatdırılması nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə 3 ədəd 80 nəfərlik sərnişin gəmisinin tikintisi həyata keçirilir. Bu gəmilərin inşası üzrə işlər bu ilin aprelinədək başa çatdırılacaq.


Teqlər:  





Xəbər lenti