İlham Əliyev Obamaya məktub göndərib

İlham Əliyev Obamaya məktub göndərib
  03 İyul 2013    Oxunub:1299
Azərbaycan Prezidenti İLham Əliyev ABŞ prezidenti Barak Obamını Müstəqillik günü münasibətilə təbrik edib.
Təbrik məktubunda deyilir:

Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər bizim üçün xüsusi əhəmiyyət daşıyır. Ötən dövrdə bu münasibətlərin keçdiyi böyük inkişaf yolu məmnunluq doğurur.

Bu gün Azərbaycan ilə Birləşmiş Ştatları möhkəm dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir. Enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə işimiz münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltib.

Dünyanın ən qaynar nöqtələrində beynəlxalq birliyin sülhyaratma missiyasında iştirakımız tərəfdaşlığımızı daha da möhkəmləndirir.

Biz, həmçinin xalqımızın qarşılaşdığı ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik.

Hörmətli cənab Prezident, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyirəm.



Teqlər:  





Xəbər lenti