`Pul qazanmaq istəyənlər düşünməlidirlər` - Siyavuş Novruzov
S.Novruzov bildirib ki, Prezident İlham Əliyev süni qiymət artımının qarşısının alınması ilə bağlı aidiyyəti qurumlar qarşısında çox ciddi tapşırıqlar qoydu.
Millət vəkili qeyd edib ki, Azərbaycanda süni qiymət artımına ciddi şəkildə nəzarət olunmalıdır: “Bu məsələ tək cərimələr vasitəsilə deyil, eyni zamanda digər hüquqi addımlarla tənzimlənməlidir, hüquq-mühafizə orqanları da bu məsələyə ciddi nəzarət etməlidir. Çünki Azərbaycanda istehsal olunan məhsullar dollarla alınmır, Azərbaycan əhalisinin də maaşı dollarla deyil. Manatın məzənnəsinin birinci dəfə dəyişəndə də ərzaq mağazaları və digər satış məntəqələri qiymətləri süni şəkildə qaldırdı, hətta bir neçə gün satış aparılmadı, mağazaların qapıları bağlandı və qiymətlər dəyişdirildi. Halbuki həmin məhsullar könhə qiymətlə alınmışdı”.
S.Novruzov əlavə edib ki, regionlarda yeni istehsal müəssisələri açılmalıdır: “Təkcə İqtisadiyyat və Sənaye Nazirliyi deyil, eyni zamanda rayon İcra hakimiyyətləri təkliflər irəli sürməlidir. Məhsulların istehsalı və keyfiyyəti yaxşılaşdırılmalıdır və qiymətlərə ciddi şəkildə nəzarət edilməlidir”.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


