Hacı Natiq özünü təqsirli bilir - Xəyanət ittihamı
Ə.Ələkbərov müvəkkilinin ittiham olunduğu maddə üzrə özünü təqsirli bildiyini açıqlayıb: “Onunla söhbətimiz zamanı ittiham olunduğu maddə üzrə özünü qismən təqsirli bilir”.
Hüquqşünas apelyasiya şikayətinin verilməsi ilə bağlı son sözü Natiq Kərimovun deyəcəyini vurğulayıb: “Bu, onun özündən, öz istəyindən asılıdır. Əgər istəsə apelyasiya şikayəti verəcəyik. Amma bir daha deyirəm şikayətin təmin olunmayacağını bilirik”.
Qeyd edək ki, Ə.Ələkbərov dövlət tərəfindən təyin edilmiş vəkildir.
Natiq Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli bilinərək 7 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


