`Prezident atamla həmişə maraqlanırdı` - Zəlimxan Yaqubun oğlu

`Prezident atamla həmişə maraqlanırdı` - Zəlimxan Yaqubun oğlu
  12 Yanvar 2016    Oxunub:4935
“Zəlimxan Yaqubun son 6 ildə səhhəti ilə bağlı yaranan problemləri ölkə başçısı şəxsən nəzarətdə saxlayırdı, onunla maraqlanırdı. Cənab prezidentimiz bizə lazımi köməklik göstərib. Onun atamın yas mərasimində iştirakı Zəlimxan Yaqub sənətinə verdiyi dəyərdən irəli gəlir”

Bunu AzVision.az-a açıqlamasında mərhum xalq şairi Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov deyib. O, ailəsinə verdiyi dəstəyə görə ölkə başçısına minnətdarlığını bildirib.

“Ulu öndərin layiqli davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyev Heydər Əliyevin Zəlimxan Yaquba münasibətini eyni tərzdə davam etdirdi. Ölkə başçısı onun sağlığında şəxsiyyətinə, yaradıcılığına yüksək qiymət verdi. Bu dünyadan köçəndən sonra da onun ruhuna böyük etimad göstərdi. Zəlimxan Yaqub həyatı boyu hansı uğur qazanmışdısa, xalqın ürəyinə nə cür yol tapmışdısa, möhtərəm prezidentin yüksək diqqətindən və ehtiramından sonra bu sevgi bir daha artdı`.

Qeyd edək ki, uzun müddət böyrək çatışmazlığından əziyyət çəkən xalq şairi yanvarın 9-da dünyasını dəyişib. Xalq şairi ilə vida mərasimində prezident İlham Əliyev də iştirak edib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti