BAXCP-dən cavab:`Siyasi dünyagörüşü kasaddır`

BAXCP-dən cavab:`Siyasi dünyagörüşü kasaddır`
  12 Yanvar 2016    Oxunub:1779
Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun `Parlamentə psevdomüxalifətçiləri yığıb töküblər, millətin sözünü kim deyəcək?` deməsi MM-də təmsil olunan müxalifət partiyasının etirazına səbəb olub.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, bu cür yanaşama kökündən səhvdir: ”Siyasi dünyagörüşü kasad olan Rüfət Səfərov yaxşı bilməli idi ki, keçən dəfəki parlamentdə də, indiki parlamentdə də müxalifət partiyaları təmsil olunub. BAXCP lideri Qüdrət Həsənquliyev isə uzun illərdir məhz bir müxalif partiya lideri, həm xalqın, həm də milli maraqları qoruyan bir millət vəkili kimi parlamentdə təmsil olunur. Bir şəxsin isə siyasətçi kimi formalaşması üçün uzun illər lazım olur. Bir-iki günə siyasətçi olmaq mümkünsüzdür..."


Teqlər:





Xəbər lenti