Atəş bu gecə də kəsilmədi

Atəş bu gecə də kəsilmədi
  04 İyul 2013    Oxunub:1081
Atəşkəs 6 istiqamətdə pozulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Qazax və Gədəbəy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Düşmən Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Çiləbürt və Seysulan kəndləri yaxınlığındakı mövqelərindən də Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub.



Teqlər:  





Xəbər lenti