Hava dəyişkən buludlu olacaq

Hava dəyişkən buludlu olacaq
  04 İyul 2013    Oxunub:1097
Mülayim şimal-qərb küləyi gecə və axşam saatlarında arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və axşam saatlarında arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-23, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək.

Bölgələrdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı - Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti üstünlük təşkil edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı düşəcək.


Teqlər:  





Xəbər lenti