“Nömrələrin daşınması avqustun birindən tətbiq olunacaq”

“Nömrələrin daşınması avqustun birindən tətbiq olunacaq”
  04 İyul 2013    Oxunub:1435
Azərbaycanda mobil telefon nömrələrinin daşınması sisteminin (Mobile Number Portability) bu ilin avqust ayının 1-dən etibarən tətbiqi planlaşdırılır.
"Nömrələrin daşınması ilə bağlı dünən yeni qərar qəbul olunub. Bu qərara əsasən, qanunvericilikdə nəzərdə tutulmuş tələbləri yerinə yetirməklə mobil operatorlar avqustun 1-dən nömrələrin daşınmasını həyata keçirə bilər.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. O, bildirib ki, nömrə daşınma xidmətinin tətbiqi üçün artıq mobil operatorlara göstəriş verilib:
“Hesab edirəm ki, onların şəraitləri var. Qoyulan vaxt ərzində bütün tələbləri yerinə yetirəcək və nömrələrin daşınması xidmətinə başlayacaqlar”.


Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti