Tullantılardan alınan enerji

Tullantılardan alınan enerji
  13 Yanvar 2016    Oxunub:2741
2015-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyinin təsisçisi olduğu “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 506 min ton tullantının zərərsizləşdiriliməsi nəticəsində təqribən 182 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, istehsal olunmuş enerjinin 28,5 milyon kilovat-saatı zavodun ehtiyaclarının ödənilməsinə yönəldilib, 153,5 milyon kilovat-saat enerji isə elekrik şəbəkəsinə ötürülüb. Bu, Bakının Xətai rayonunun elektrik enerjisinə olan tələbatının tam həcmdə ödənilməsi deməkdir.

Ötən il Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənmiş tullantıların 6 min tonu xammal kimi təkrar emala yönəldilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti