AXCP və Müsavatın iki üzvü həbs olundu

AXCP və Müsavatın iki üzvü həbs olundu
  13 Yanvar 2016    Oxunub:2331
AXCP Lənkəran rayon şöbəsinin sədri Nazim Həsənli və Müsavat Partiyası Lənkəran rayon təşkilatının sədri İmanverdi Əliyev barəsində inzibati həbs qərarı verilib.
AzVision.az xəbər verir ki, Lənkəran Rayon Məhkəməsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 298.2 maddəsi ilə (Qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) ittiham olunaraq, yanvarın 13-də barələrində 30 sutka müddətinə inzibati həbs qərarı çıxarılıb.


Teqlər:  





Xəbər lenti