Misirdə yaşayan azərbaycanlılar geri çağırıldı
Bu barədə Misirdəki Azərbaycan səfirliyindən məlumat verilib. Məlumata görə səfirlik azərbaycanlılara heç bir aksiyada iştirk etməməyi, insanların kütləvi halda toplaşdığı ərazilərdən uzaq durmağa çağırıb. Ümimiyyətlə mümkün qədəri ilə Misiri tərk etməyi məsləhət görüb.
Qeyd edək ki, hazırda Misirdə 50 Azərbaycan vətəndaşı var.
Bir neçə ailə artıq Azərbaycana evakuasiya edilib. Səfirlik vətəndaşların təhlükəsizliyinin təmin olunması üzrə öz işini davam etdirir.
Qeyd edək ki, ötən gün Misirdə aksiyalar zamanı devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları ilə polis arasında baş verə toqquşmalar nəticəsində azı 20 nəfər ölüb, 400 nəfər xəsarət alıb.
Səbinə Həsənova
AzVision.az