Millət vəkili Elçibəylə Mursini müqayisə etdi

Millət vəkili Elçibəylə Mursini müqayisə etdi
  04 İyul 2013    Oxunub:1223
“Hər ikisi görünüşcə və ideoloji tutumlarına görə bir-birinə yaxındır”
Millət vəkili, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa Misirin prezidenti Mursi ilə Əbülfəz Elçibəyi müqayisə edib. Deputat öz facebook səhifəsində bu haqda yazıb.

“Mursini devirdilər. İllər öncə Elçibəyi devirdikləri kimi. Hər ikisi bir il hakimiyyətdə qala bildi. Hər ikisi görünüşcə və ideoloji tutumlarına görə bir-birinə yaxın. Biri islamçı, fəqət demokrat, digəri isə milliyətçi, fəqət demokrat. Eyni bəhanələrlə və ittihamlarla üz-üzə qalmışlar. Təqribən eyni islahatları keçirmiş, eyni səhvlərə yol vermişlər. Xalq Cəbhəsi və Müsəlman qardaşları da kütləvi yayğınlığına görə bir-birinə bənzər. Misirdə ordu İzraillə döyüşə bilmir. İqtisadiyyatın 60 faizi ordunun nəzarətində. Biznesə tam şəkildə bulaşmış və imtiyazlarını qorumuş. Bütün hallarda bu hərbi çevriliş Misirin demokratik yolla inkişafını zədələdi. Xalq demokratik yaşama hazır olmayınca, ən müqəddəs adam belə, ən xoş niyyətlə demokratiya gətirə bilmir”.


Teqlər:





Xəbər lenti