`ABŞ-da şist neft sənayesi çökür`

`ABŞ-da şist neft sənayesi çökür`
  14 Yanvar 2016    Oxunub:5116
Beynəlxalq Energetika Agentliyi (International Energy Agency, İEA) analitiklərinin fikrincə, 2016-cı ilin sonları - 2017-ci ilin əvvəllərində dünya bazarlarında xam neftin qiyməti bahalaşmağa başlayacaq.

Yaponiyanın nüfuzlu "Nomura" maliyyə agentiliyinin ekspertlərinin hesablamalarına görə, üç aydan sonra ABŞ dollarının mövqeləri zəifləyəcək, xam neftin bir bareli isə orta hesabla 35-40 dollara satılmağa başlanacaq. Daha sonra isə neft 55 dollara satılacaq.

Ekspertlər onu da vurğulayırlar ki, postsovet məkanı ölkələri arasında böhrandan ən tez çıxan valyutalar rubl və Azərbaycan manatı olacaq.

“2016-cı ilin ortasına doğru neft bazarında yeni tendensiyanın başlanmasının şahidi olacağıq”.

Bunu ATV.az-a açıqlamasında iqtisadçı Pərviz Heydərov bildirib.

Onun sözlərinə görə, neftin dünya bazarlarında 2014-cü ilin iyun ayından başlanan ucuzlaşması prosesinin bu il ərzində dayanacağı məlumatı əslində keçən ildən söylənilir:

“Sözsüz ki, bu, davamlı xarakter daşıya bilməz. Çünki maya dəyər deyilən hədd var. ABŞ-da şist neft sənayesi çökür. Qazma quğularının sayı bu il başlanandan bəri, minimuma enib. Belə ki, ötən həftə sonu bu sahədə göstərici 37-yə enib. Üfüqi qazma qurğuların sayı isə 30-a düşüb. Qeyd edək ki, bu, 2015-ci ilin mart ayından indiyə kimi ən böyük azalmadır. Çünki təkrar hasilat üçün investisiya həyata keçirilmir. Pul yoxdur. Real olaraq qiymətlər elə bir səviyyədədir ki, ənənəvi hasilatla məşğul olan ölkələr və neft şirkətləri də maliyyə problemi ilə üzləşiblər. Odur ki, ucuzlaşma davam etsə də bir müddət sonra dayanacaq.

Yeri gəlmişkən, neftin qiymətini əvvəl ABŞ daha çox süni yolla aşağı salırdısa, artıq, tendensiya Çinə görə təbii xarakter alıb. Dekabr ayında isə Çin ixracatında irəliləyiş qeydə alınıb”.


Teqlər:





Xəbər lenti