Daha bir bankın rəhbəri dəyişdi

Daha bir bankın rəhbəri dəyişdi
  14 Yanvar 2016    Oxunub:2791
Caspian Development Bank (CDB)” ASC-nin rəhbərliyində dəyişiklik olub.
AzVision.az xəbər verir ki, Müşahidə Şurasının qərarı ilə Nadir Yıldırım "Caspian Development Bank (CDB)" ASC-nin İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib.

İdarə Heyətinin sədri Alışov İbrahim Əsəd oğlu isə Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub.

Bundan başqa, bankın Müşahidə Şurasının tərkibinə iki yeni üzv - Fərid Hüseynov və Tural Quliyev daxil olub.


Teqlər:  





Xəbər lenti