Borclu abonentlərin işığı kəsiləcək

Borclu abonentlərin işığı kəsiləcək
  04 İyul 2013    Oxunub:1129
Borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı iyulun 8-də saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
"Bakıelektrikşəbəkə" ASC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, "Bakıelektrikşəbəkə" ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı iyulun 8-i saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Borcunu yuxarıda qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcək.

Məlumata görə, elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaq ki, bu da abonentlərə müəyyən problemlər yaradacaq.

Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur.

Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytı (www.bes.az) vasitəsilə "onlayn" olaraq həyata keçirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti