`YUĞ` teatrının binası sökülür? - Açıqlama

`YUĞ` teatrının binası sökülür? - Açıqlama
  14 Yanvar 2016    Oxunub:2934
`YUĞ` teatrı hazırda fəaliyyətini davam etdirir. Teatrın binasının sökülməsi ilə bağlı bizə rəsmi məlumat hələ verilməyib.
Bu barədə AzVision.az-a `YUĞ` teatrının mətbuat xidmətinin rəhbəri Könül Cəfərova teatrın binasının sökülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Teatrın sözçüsü bilddirib ki, binanın sökülməsi ilə bağlı rəsmi məlumat olarsa, mətbuata məlumat veriləcək.

`Teatrın binası sökülsə belə, fəaliyyətimizi davam etdirəcəyik`.

Qeyd edək ki, mətbuatda `YUĞ` teatrının binasının söküləcəyi haqda məlumatlar yayılıb. Bildirilir ki, Murtuza Muxtarov 83 ünvanında yerləşən tarixi bina söküləcək və bununla bağlı rəhbərliyə bir həftə vaxt verilib.

Tarixi bina söküləndən sonra yerində müasir tikilinin inşa olunacağı deyilir.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti