Əbülfəs Qarayevdən yeni təyinatlar

Əbülfəs Qarayevdən yeni təyinatlar
  14 Yanvar 2016    Oxunub:2842
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən Səxavət Məmmədov teatrın direktoru vəzifəsinə, Xəzər Gəncəli isə baş rejissor vəzifəsinə təyin olunublar.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, 12 yanvar 2016-cı il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı ilə teatrın kollektivinə bu barədə məlumat verilib və yeni baş rejissor kollektivə təqdim olunub.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2015 ci il tarixli sərəncamı ilə "əməkdar artist" adına layiq görülmüş teatrın aktyoru Yaqubov Şıxı Miriş oğlu bu münasibəti ilə təbrik edilmiş və fəxri adın verilməsi ölkə rəhbərliyinin Mingəçevir şəhərində mədəniyyətə diqqətinin təzahürü kimi qiymətləndirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti