`Beynəlxalq Bank işi` Ramil Usubovun nəzarətindədir - General

`Beynəlxalq Bank işi` Ramil Usubovun nəzarətindədir - General
  14 Yanvar 2016    Oxunub:4097
Azərbaycan Beynəlxalq Bankından külli miqdarda pul vəsaitinin mənimsənilməsi faktı üzrə Baş İdarədə başlanılmış cinayət işinin istintaqı DİN rəhbərliyinin nəzarəti altında davam etdirilir, vurulmuş maddi ziyanın ödətdirilməsi istiqamətində bütün mümkün tədbirlər görülür.
AzVision.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi polis general-mayoru Seyfulla Əzimov 2015-ci ildə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində çıxışı zamanı deyib.

S.Əzimov bildirib ki, hazırda cinayət işinin ibtidai istintaqının yekunlaşma mərhələsində olmasına baxmayaraq, əlavə cinayət faktlarının aşkar olunması, eləcə də bu sahədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri gündəlik nəzarətdə saxlanılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti