Sumqayıtda binada yanğın, 16 nəfər təxliyə edildi
Məlumata görə, binanın 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 89 kv.m olan 3 otaqlı mənzilin sahəsi 5 kv.m olan eyvanında 1 ədəd 5 litrlik propan qaz balonun alışması nəticəsində 2 kv.m sahədə ev əşyaları yanıb.
Yanğın zamanı yuxarı mərtəbələrdən 16 nəfər sakin təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.







Vaxtında, Aydın, Lazımlı!


