Balıqçılara 2 ay vaxt verildi

Balıqçılara 2 ay vaxt verildi
  14 Yanvar 2016    Oxunub:2527
Balıqovlama biletinin hüquqi qüvvəsi iki ay müddətinə uzadılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sənaye balıq ovunun fasiləsiz davam etdirilməsi ilə bağlı hüquqi və fiziki şəxslər tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə çoxsaylı müraciətlər daxil olub.

Buna görə də, nazirlik sənaye balıq ovunun fasiləsiz davam etdirilməsini və balıqçıların tərəfindən texniki sənədlərin, eyni zamanda qanunvericiliklə müəyyən edilən ov alətlərinin alınması və qaydaya salınması üçün vaxt tələb olunduğunu nəzərə alaraq 2015-ci ildə hüquqi və fiziki şəxslərə verilən balıqovlama biletinin hüquqi qüvvəsinin iki ay müddətinə uzadılması barədə qərar qəbul edib.

AzVision.az


Teqlər:  



Xəbər lenti