Eldar Quliyev təltif edildi - Sərəncam

Eldar Quliyev təltif edildi - Sərəncam
  14 Yanvar 2016    Oxunub:2896
Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Eldar Quliyevin təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan mədəniyyətinin tədrisi və təbliğində xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Qeyd edək ki, Eldar Quliyev Azərbaycanın tanınmış kinorejissoru, ssenaristi, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978), Azərbaycanın xalq artistidir.

“Debüt” studiyasının bədii rəhbəri olan rejissor Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvüdür.

O, məşhur bəstəkar Tofiq Quliyevin oğludur.


Teqlər:  



Xəbər lenti