`İqtisadi böhran problem yaratmayıb`- Cavid Qurbanov

`İqtisadi böhran problem yaratmayıb`- Cavid Qurbanov
  14 Yanvar 2016    Oxunub:1926
“İqtisadi böhran Bakı-Tiflis-Qars dəmir yolunda işlərin aparılmasına maneə yaratmayıb”.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

“Dövlət başçısının sərəncamı ilə bu il Bakı-Tiflis-Qars dəmir yoluna maliyyə Dövlət Neft Fondundan ayrılıb. Orada 22-25 dərəcə şaxta olmasına baxmayaraq, həmvətənlərimiz tikinti işlərini davam etdirirlər”, - deyə o bildirib.

C. Qurbanov əlavə edib ki, Azərbaycan tərəfinin nəzarət etdiyi sahədə xırda işlər qalıb: “İşlərin 85 faizi artıq yekunlaşıb. Yanacaqla işləyən lokomotivlə o yolda hərəkəti təmin edə bilərik, yükləri daşıya bilərik”. (Apa)


Teqlər:





Xəbər lenti