`Gəncədə qiymət artımı ilə bağlı problem olmayacaq`

`Gəncədə qiymət artımı ilə bağlı problem olmayacaq`
  15 Yanvar 2016    Oxunub:4200
Gəncə Olimpiya İdman Kompleksində süni qiymət artımına qaşrı görüləcək tədbirlərə həsr olunmuş ümumşəhər toplantısı keçirilib.
Şəhərin hüquq-mühafizə orqanları rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin, eləcə də iş adamlarının iştirakı ilə keçirilən toplantını giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq son vaxtlar dünya iqtisadiyyatında baş verən proseslərin Azərbaycana da təsir etməsindən, eləcə də manatın devalvasiyasından sonra ölkəmizdə yaranan iqtisadi çətinliklərdən danışıb və bildirib ki, süni qiymət artımının qarşısının alınması üçün ilk növbədə istehlak qiymətlərinə ciddi nəzarət ediləcək. Belə ki, Azərbaycanda istehsal olunan məhsullara qiymət artımı olmamalıdır. Devalvasiyanın yaratdığı müəyyən problemləri aradan qaldırmaq üçün artıq ciddi tədbirlər görülür.

“Azərbaycanda manatın növbəti dəfə devalvasiyaya uğraması nəticəsində qiymətlərin bir çox hallarda süni şəkildə artırılması əhalidə təbii narahatlıq doğurub. Müşahidə olunan belə halların qarşısının alınması, o cümlədən manatın məzənnəsi məsələsindən süi-istifadə edilməsinin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülməsi məqsədilə xüsusi Sərəncam imzalanıb. Sərəncama əsasən, 15 qrup yaradılıb və hər qrupda 10 nəfər olmaqla hüquq-mühafizə orqanlarından və dövlət qurumlarından nümayəndələr daxil edilib. Qrupun üzvləri hər gün satış mərkəzlərində, ictimai iaşə obyektlərində olmaqla satış qiymətlərinə nəzarət edəcəklər”, - deyə icra başçısı bildirib.

E. Vəliyev həmçinin bildirib ki, sahibkarların da mənafeyi nəzərə alınıb və bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Gəncədə yaşayıb işləyən iş adamları üçün ilkin olaraq 100 milyon manat kredit ayrılıb.


Teqlər:  



Xəbər lenti