Ötən il korrupsiyaya qarşı görülən işlər - HESABAT (FOTOLAR)

Ötən il korrupsiyaya qarşı görülən işlər - HESABAT (FOTOLAR)
  15 Yanvar 2016    Oxunub:2311
Ötən il Azərbaycanda 169 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ötən ilin yekunlarına dair hesabatında bildirib.

Qurum rəsmisi qeyd edib ki, intizam məsuliyyətinə cəlb edilmiş 169 vəzifəli şəxsdən Səhiyyə Nazirliyi üzrə 42, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 28, Təhsil Nazirliyi üzrə 13, Daxili İşlər Nazirliyi üzrə 48, Müdafiə Nazirliyi üzrə 1, Fövqəladə Hallar Nazirliyi üzrə 1, Gömrük Komitəsi üzrə 1 və digər dövlət qurumları üzrə 35 olub:

“Hesabat dövründə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 7266 müraciət daxil olub, bunlardan 5820-si ilkin, 1446-sı təkrar qeydə alınıb. Daxil olmuş 7266 müraciətin 5954-ü aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilməklə 2100 müraciət üzrə qabaqlayıcı və digər müvafiq tədbirlərin görülməsi təmin edilib, 449-ü Baş İdarədə, 833-ü isə prokurorluğun müvafiq struktur qurumlarında araşdırılıb”.

K.Əliyev onu da qeyd edib ki, 2015-ci ildə “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 30 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb.

Baş İdarədə 2614 vətəndaşın qəbul edilməsi təmin edilib ki, bunlardan 422-i Baş İdarə rəisi, 171-i Baş İdarənin idarə və şöbə rəisləri, 2021-i növbətçi prokurorlar tərəfindən qəbul edilib.

Gültəkin Ələsgər
Fotolar: Elvin Abdulla

Qalereya




Teqlər:  



Xəbər lenti