`MTN işi` ilə bağlı istintaq qrupu yaradılıb

`MTN işi` ilə bağlı istintaq qrupu yaradılıb
  15 Yanvar 2016    Oxunub:2713
`MTN işi` ilə bağlı xüsusi istintaq-əməliyyat qrupu yaradılıb.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

İdarə rəisi sahibkarların keçmiş MTN naziri ilə bağlı şikayətlərinə əsasən istintaq-əməliyyat tədbirlərinin Baş Prokurorluq tərəfindən aparılmadığını diqqətə çatdırıb.

K. Əliyev onu da bildirib ki, `MTN işi`ndə adları hallanan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları ilə bağlı cinayət işi Korrupsiya idarəsində araşdırılır.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti