Həbs olunanların Çovdarovla əlaqəsi olub?

Həbs olunanların Çovdarovla əlaqəsi olub?
  15 Yanvar 2016    Oxunub:2132
`Unun qiyməti ilə bağlı edilən güzəştlərdən sonra yenidən şikayətlər daxil olarsa, araşdırmalarımız davam edəcək`
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, süni qiymət artımı ilə bağlı “Alfamed” dərman şirkətinin rəhbəri Əfqan Xudaverdiyev və satış meneceri İbadulla Hüseynov həbs olunub və onlar barəsində cinayət açılıb.

Həbs olunanların Akif Çovdarov və ya Eldar Mahmudovla əlaqələrinin olması məsələsinə aydınlıq gətirən K. Əliyev qeyd edib ki, onların kimləsə təmasda olması əsas deyil: `Bizə maraqlı olan sübut və faktlardır. Biz hüquqi əhəmiyyətə malik olan halları araşdırırıq`.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti