Rektor: “Ziyalılardan bunu gözləməzdim”
Deputat məsələyə münasibət bildirmək istəmədiyini söyləyib:
“Mən heç əslində bu məsələyə münasibət bildirmək istəmirəm. Sadəcə ona görə ki, bu səviyyəyə çatan insanların ora qoşulmasını heç gözləməzdim, yəni bu ziyalılıq zirvəsi deyil. Nəyə nail olmaq istəyirlər, nə görmək istəyirlər? Bu çiçəklənən Azərbaycanda nə dəyişmək istəyirlər, bunu başa düşə bilmirəm. Yəni bu inkişaf görünür ki, çox insanları razı salmır, nə razı salır bəs? Düşünürsünüz ki, bu Azərbaycan xalqı birdə aldana bilər, 90-cı illərə qayıda bilər? Birdə o səhvə yol verə bilər? Ola bilməz. İndi Milli Şura eşidirsiniz, sabah da başqa bir qurum ola bilər, milyonlarla qurum ola bilər, biz demokratik ölkəyik. Ancaq onların məqsədləri düzgün olmalıdır. Azərbaycanın inkişafı naminə işləməlidir”-deyə, Aqiyə Naxçıvanlı əlavə edib.
Nihadə Eyyubova