“Günəşli” faciəsi hasilata ciddi təsir göstərib
Natiq Əliyev əlavə edib ki, ümumi dəyəri 12 mlrd. dollar olan Trans-Anadolu Boru Kəməri (TANAP) üzrə ümumi işlərin 20%-i artıq yekunlaşıb: "Hazırda 3 lot halında inşa edilən layihə üzrə işlər qrafikə uyğun tam sürətlə davam etdirilir. Ümumilikdə, kəmərin tikintisi çərçivəsində 450 kilometr əraziyə 320 kilometr boru düzülüb, boruların 200 kilometrində qaynaqlama işləri aparılıb, 2016-cı ildə 1000 kilometr məsafədə qaynaq işlərinin tamamlanması, beləliklə qaynaqlama prosesinin 70%-nin yekunlaşdırılması nəzərdə tutulub. Tikinti ərazisində 1600-dən çox ən müasir avadanlıqlar fəaliyyət göstərir. Kəmərin tikintisində istifadə olunan boruların 80%-i Türkiyə, digər 20%-i isə Çin istehsalıdır".
Trans-Adriatik Boru Kəməri (TAP) ilə bağlı fikirlərini bölüşən energetika naziri adıçəkilən layihənin Avropa Komissiyasının ortaq maraqlara xidmət edən 33 prioritet enerji təhlükəsizliyi layihəsi siyahısına daxil edildiyini qeyd edib.