`Mühacir` söhbətinin zibili çıxanda... – VIDEO

`Mühacir` söhbətinin  zibili çıxanda... – VIDEO
  15 Yanvar 2016    Oxunub:14805
Sumqayıtlı jurnalist Adil Məmmədov Almaniyaya “mühacirət edib”. Səbəbini isə belə açıqlayıb:

“Buna səbəb siyasi baxışlarım, eləcə də vaxtilə hazırladığım süjet və reportajların bəzi dairələrin maraqlarına zidd olması və bu səbəbdən də Azərbaycanda olduğum müddətdə təqiblərə məruz qalmağımdır. Azərbaycanda demokratik və şəffaf cəmiyyət qurulmayana qədər qayıtmaq fikrində deyiləm” (xeberle.com).

Amma ən maraqlı sual Adilin işlədiyi media orqanlarının siyahısına baxanda yaranır: Sumqayıtın “Dünya” TV-si, ANS, Space və Lider.

Sadəcə olaraq, bilmirsən nə deyəsən. ANS, Space və `Lider`də işləyən jurnalist hansı `siyasi baxışlarına` görə təqib edilə bilər? Onun hazırladığı materiallar hansı “dairələr”in marağına toxunubmuş, görəsən? Absurdun bu qədəri artıq çoxdur!

“Siyasi baxış” nədir? Bu oğlan həmişə sosial-məişət, əyləncə xarakterli verilişlər aparıb, heç vaxt siyasi mövzulara girişməyib. Girişsə idi belə, baş çıxaracağı bir sahə deyildi axı...



İfadəyə görə bizi bağışlayın, amma “mühacirət” söhbətinin atrıq zibilini çıxarıblar. Daha yumşaq demək olmur. Avropaya “mühacirət” edənlərin demək olar ki, hamısı bu cür fırıldaqçılardır. İstəyirlər ki, özlərini döydürsünlər, söydürsünlər, hədələtsinlər, təki “siyasi mühacir” adı ala bilsinlər. Sonrası asandır: gedəcəksən Avropada bir müddət səni dolandıracaqlar, sonra da ölkəni pisləməyin qarşılılğında qrantdan-zaddan alıb, başını girləyəcəksən.

Məşhur sovet filmində belə bir ifadə səslənirdi: “Vətəni qorumaq adlı bir peşə də var”. İndi əksinədir: Vətəni söymək adlı bir peşə də var. Kimsə sənə pul ayırır ki, ölkəni pisləyəsən, ləkələyəsən, hətta ermənilərə qoşulub, yazıq ölkənin əleyhinə döşəyəsən də! Gəlirli işdir... Bilmirik haradadır, amma deyəsən, bu işin məktəbi də var, yoxsa bu qədər “mühacir” harada və necə yetişərdi?!..

Sözümüz Adilə deyil. Avropaya “mühacirət” adı ilə gedənlərin heç biri mühacir sayıla bilməz. Hamısı hansısa yolla, hansısa maraqlara qulluq etmək üçün min cür fırıldaqlarla aradan çıxıblar.

“Mühacirət” ağır söhbətdir, tarixən görmüşük ki, mühacirətə böyük ictimai-siyasi çəkisi olan ağır insanlar gedərdilər. Məsələn, Rəsulzadənin Türkiyəyə getməyi mühacirət idi. Bəs indi kimlər “gedir”? Qənimətlər, natiqlər, eminlər, nəhayət, `planka` lap aşağı düşdü – adillər...

Kimsə Avropaya getmək istəyirsə, əcəb eləyir, şəxsi işidir. Amma başqa bir bəhanə tapsın – desin ki, məsələn, “maviyəm”. Yəni özünü bazara çıxarsın, ölkəni yox.

Tariyel Həsənov

AzVision.az


Teqlər:  



Xəbər lenti