`Ordumuz itki verməyib` -Nazirlik təkzib etdi

`Ordumuz itki verməyib` -Nazirlik təkzib etdi
  15 Yanvar 2016    Oxunub:1865
Ermənistan tərəfinin həqiqətə uyğun olmayan məlumatlar yayması gələcək təxribatlar üçün zəmin yaratmaq məqsədi daşıyır.
Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən ermənistanın elektron kütləvi informasiya vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə yalan məlumatlarına münasibət bildirərkən deyilib.

Nazirlikdən bildirilib ki, düşmən tərəfi ictimaiyyəti çaşdıran və həqiqətə uyğun olmayan bu cür xəbərləri yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq məqsədi daşıyır:

“Bildiririk ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və qoşunların təmas xəttində əməliyyat şəraitinə tam nəzarət edir”.


Teqlər:  



Xəbər lenti